Aba Travel turizm şirkəti dünyanın istənilən ölkəsinə turistik və işgüzar vizaların hazırlanmasında eyniylə xarici vətəndaşlara Azərbaycana turistik və ya işgüzar vizaların hazırlanmasında sizə yardımçı olacaq. Aşağıda sizə Azərbaycan turistik vizasi ilə bağlı ətraflə məlumat təqdim edirik.

e-visa

2013-cü ilin martından etibarən Azərbaycan öz vizasının əldə edilməsi istiqamətində yeni sistem (prosedur) tətbiq etməyə başladı. Elektron viza proseduru ucuz, tez, səfirliyə gəlib, getmək vaxtı tələb etməyən və heç bir növbə olmayan bir prosedurdur. Bir qayda olaraq, Siz elektron viza prosedurundan istifadə etdikdə, hazır vizanız PDF formatı sənəd qismində Sizin e-poçt ünvanınıza gəlir. Azərbaycana çatdıqda isə Sizin öz pasport və ya digər səyahət sənədinizlə birgə həmin PDF vizanı sərhəd xəttində təqdim etməyiniz kifayətdir.

Elektron vizanı əldə etmək üçün aşağıdakı sənədlər tələb olunur:

• Pasportunuzun skan edilmiş (elektron) nüsxəsi
• Uçuş biletinizin skan edilmiş (elektron) nüsxəsi
• Otel rezervasiyanizin təsdiqi
• 3x4 ölçülü skan edilmiş (elektron) fotoşəkil
• Tam doldurulmuş və imzalanmış müraciət forması (skan edilmiş, elektron)

Siz bütün tələb olunan sənədləri bizim e-poçt ünvanımıza (incoming@swtravel.az) göndərə bilərsiniz.

• Elektron viza 5 iş günü ərzində verilir. Xahiş edirik ki, Siz elektron viza müraciətinizi səfərinizdən (ən azı 15 gün) öncə göndərəsiniz.
• Elektron viza xidmətləri Silkway-travel-ın xəttilə otel bronu olmadan göstərilmir
• Şirkətimiz XİN tərəfindən bu və ya digər elektron viza müraciətinə imtina cavabı verilməsinə görə məsuliyyət daşımır.
• Pasport Azərbaycana səfərdən öncə (ən azı 6 ay müddətinə) etibarlı olmalıdır

Nəzərə alın ki, Siz Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə icazəsiz (qanunsuz) səfər etmisinizsə Azərbaycan XİN-ni Sizin elektron viza müraciətinizi qəbul etməyəcək. Azərbaycan Respublikasının İşğal Olunmuş Əraszilərinə Səfər Edən Səxslərin Siyahısı:

http://mfa.gov.az/files/file/Arzuolunmaz_Shexslerin_Siyahisi_Aze_05062014.pdf



YUXARI