BRAZİLİYA

Karnaval - 2017
Rio de Janeyro və Buones Ayres
24.02.2017 – 06.03.2017

11 gün / 10 gecə

Rio-de-Janeyro (5gece) + Foz de Iguacu Şəlaləsi (2gecə) + Buanos Ayres (3 gecə)

Turun proqramı:
1ci Gün – 24 Fevral
Rio De Janeyro ayraportuna eniş, tur bələdçi ilə qarşılanma və otelə transfer. Sərbəst vaxt

2ci Gün – Rio De Janeyro – 25 Fevral
Səhər yeməyi, 4 saatlıq Sugar Loaf ekskursiyası, ilk dayanacaq Urca dağın təpəsində olacaqdır ki, buradan geniş mənzərə açılır, yer sahəsi dar olsa belə buradan Rio izləmək şansı əladır. Daha sonra Rio qədim şəhərinə səyahət başdıyır ki burada siz müxtəlif növ qədim kilsələri, monastırları, müstəmləkə zamanı tikilmiş binaları, şəhərin baş kiləsəsini səfər edərək görəcəksiniz.

3cü gün – 26 Fevral
Səhər yeməyi və sərbəst vaxt və Karnavala hazırlıq. Axşam saatlarında Sambadrom yollanacağıq – dünyaca tanınmış şou məkanı. Sizin qarşınızda bütün gözəlliyi ilə öz unikal geyimlərini nümayiş etdirən Braziliyanın məşhur Samba məktəbinin nümayəndələrini seyr edəcəksiniz. Gecə boyunca bu parlaq, çarpıcı tamaşa edə bilərsiniz. Paraddan maraqlı hadisələrdən sonra istirahət üçün otelə geri qayıdış.

4cü gün – 27 Fevral
Səhər yeməyi və alış veriş üçün sərbəst vaxt

5ci gün – 28 Fevral
Səhər yeməyi, Korkovado dağına İsa peyğəmbər heykəlinə 4 saatlıq ekskursiya, meşəliyin içərisi ilə gedən tam ekoloji təmiz sayılan qatarlarla Korkovado dağına qalxma, qatarla gediş zamanı Tijuka möhtəşəm meşə mənzərəsini görə biləcəksiniz. Korkovado təpəsində siz Rio tam açılan mənzərədə dünyanın ən böyük stadionu Maracananı, Niteroi körpüsünü, Botanik bağı, İsa Peyğəmbər heykəlini müşahidə edə biləcəksiniz.

6cı gün – 1 Mart
Səhər yeməyi, ayraporta transfer və Foz de Iguacu şəhərinə uçuş, oradanda rezervasiya olunan otelə transfer.

7ci gün – 2 Mart
Səhər yeməyi sora sizi Foz de İguacu şəlaləsində zəngin ekskursiya gözləyir, bu şəlalə vulkan püskürməsinin nəticəsində meydana gəlib və unikal flora və faunası ilə yanaşı zəngin təbiət qoynunda yerləşir. Bundan sonra siz “Macuco-Safari” jungle səyahətə yollanırsınız və 3 saat yaxşı bələdçi ilə birgə jungle və təbiət haqqında jeepdə maraqlı ekskursiya qatılırsınız. Daha sonra Bird Park ekskursiya başlayır ki burada çox böyük açıq qəfəs gəzəcəksiniz ki, burda quşlar sərbəst uçur və sizdə gəzərək müşahidə edirsiniz.

8ci gün – 3 Mart
Səhər yeməyi, bələdçi ilə birgə ayraporta transfer və Buenos-Ayres uçuş, ayraporta enişdə İngilis dilli bələdçi ilə qarşılanma və Ezeiza ayraportundan otelə transfer.

9ci gün – 10ci gün – 4 - 5 Mart
Bələdçi ilə birgə fərdi 4 saatlıq şəhər turu. Siz Argentinanın tarixi, mədəni və zəngin yerlərini görmək şansınız olur. Şəhərin ən gözəl yerləri olan La Boca, San Telmo restoran və şoppinq mərkəzləri ilə məşhur olan bölgəsi, Plaza Dorrego və dünyanın ən böyük şoppinq mərkəzi olan Plaza De Mayo kimi yerləri gəzib görə bilmə şansınız olur. Tur proqrama şəhərdə Puerto Madero, Park Lezama kimi müasir mərkəzləri də gəzmək daxildir və sonda tur şəhərin kommersial və finans mərkəzini, futbol stadionunu gəzintisilə bitir. Tigre və şimal bölgələrə bələdçi ilə birgə ekskursiya.

11ci gün – 6 Mart
Bələdçi ilə birgə ayraporta transfer

Tura daxildir
Qeyd edilən bölgələrdə hotel və səhər yeməyi
İngilis dilli bələdçi
Proqrama uyğun transfer
Karnavala bilet
Transfer otel – Sambadrom – otel
Tura daxil deyil
Ölkə daxili uçuş Rio de Janeiro - Iguazu Şəlaləsi 250$, Iguazu (IGR) - Buenos Ayres 180$
Beynəlxalq uçuşlar

YUXARI