MEKSİKA

Qrup tur : Yukatan - 550 usd dən başlayaraq.
Müddət : minimum 4 gecə / 5 gün

Program :

1- ci gün : Kankun şəhərinə uçuş. Aerportda transferlə qarşılanma və Palaya Del Karmen şəhərinə transfer. Oteldə yerləşmə. Asudə vaxt.

2- ci gün : Yukatanin ən maraqlı qoruğu olan Ria – Laqartos qoruğuna ekskursiya. Burada nəinki flora və fauna ilə tanış ola biləcəksiz, həmçinin qədim Maya diyarının müalicəvi palçıqlarından istifadə edə və Meksika körfəzində üzə biləcəksiz. Gün sonunda İzamal şəhərinə transfer və oteldə yerləşmə.
3- cü gün : Səhər İzamal şəhərində ümumi ekskursiya. Şəhərin bütün tarixi abidələri sarı rəngdə olduğu üçün bu şəhəri “Sarı Şəhər” də adlandırırlar. Şəhər Mayalıların 7 ehramı ilə əhatə olunub. Gün sonunda Merida şəhərinə transfer və oteldə yerləşmə.
4- cü gün : Yukatan ştatının mərkəzi olan Merida şəhəri üzrə ümumi ekskursiya. Daha sonra Mayalıların ən qədim şəhəri Çiçen-İçu şəhərinə transfer. Şəhər üzrə ümumi ekskursiya və Kankuna transfer. Oteldə yerləşmə.
5- ci gün : 5- Kankun aeroportuna transfer. Arzu edənlər programı uzada bilərlər.
Seçilmiş oteldə qonaqlama : 4 gecə / 5 gün
Bütün tur boyu rusdilli rəhbər.
Bütün tur boyu transport xidməti.
Program üzrə ekskurisiyalar.

YUXARI