YENİ ZELANDİYA

Qrup tur – 1630 usd dən başlayaraq
Müddət : 5 gecə / 6 gün

Program :

1- ci gün : Oklənd şəhərinə eniş və rəhbər tərəfindən qarşılanma. Otelə transfer və yerləşmə.Oklənd şəhəri üzrə ümumi ekskurisya. Gün sonunda otelə dönüş və gecələmə.

2- ci gün : Rəhbər tərəfindən qarşılanma. Yeni Zellandiyanın keçmiş paytaxtına ekskursiya. Ardınca Adalar Körfəzinə ekskursiya. Körfəzin belə adlanmasına səbəb bu körfəzdə 100 dən çox vulkanik mənşəli kiçik adaların olmasıdır və əksəriyyəti çox gözəl çimərliklərə malikdir. Körfəzlə daha yaxından tanış olmaq üçün gəmi ilə ekskursiya təklif olunur, əlbətdə delfinlərə tamaşa etməklə.
3- cü gün : Vaytomo –İşiq saçan magaraya ekskursiya. Magarada qayıqla səyahət zamanı siz işıq saçan canlılari daha yaxından görəcəksiniz. Bu canlılar firuzəyi – mavi rəngə çalaraq Göy üzü effekt yaradır. Rotorua şəhərinə transfer və oteldə yerləşmə.
4- cü gün : Rotorua şəhəri üzrə ümumi ekskursiya. Rotorua Yeni Zellandiyanın məşhur turistik şəhəridir və geotermal-aktiv zonada yerləşir. Burada çoxlu qeyzer və termal suların çıxdığı vadini görəcəksiniz.
5- ci gün : Noks qeyzerinə ekskurisya. Ardınca Taupo gölünə ekskursiya. Siz sürətli qayıqla çaydan şəlaləyə kimi gəzə biləcəksiz. Həmçinin termal sularda üzə bilərsiniz.
6- ci gün : Xebbitona ekskurisya. Eger Xebbiton haqqında informasiyaniz yoxdursa burada “Üzüklərin Şahı” kinofilminin çəkillişi olduğunu demək kifayət edər. Siz nəinki gözəl mənzərəyə tamaşa edə, həmçinin film çəkilişindən sonra qalmış dekorasiya ilə də tanış ola bilərsiz. Ekskursiyadan sonra transferlə Okləndə transfer. Burada Hava limanina keçid ola və ya asudə vaxt götürməklə tura davam edə bilərsiniz.
Oteldə yerləşmə : 5 gecə / 6 gün
Programa uyğun ekskursiyalar.
Turboyu transfer xidməti
Turboyu rusdilli rəhbər

YUXARI